Qiyamçıların ələ keçirdiyi Taiz şəhərindəki hərbi bazaya hücum edilib
Səudiyyə ərəbistanı və koalisiyanın hərbi təyyarələri Yəmən ərazisinə zərbələr endirib.
Xarici KİV yazır ki, şiə qiyamçıların ələ keçirdiyi Taiz şəhərindəki hərbi bazaya hücum edilib.
Səudiyə və Misir qiyamçılara qarşı quru əməliyyatı keçirməyi planlaşdırır. Hərbçilər Səudiyyə Ərəbistanı, Qırmızı dəniz və ərəbistan dənizindən Yəmənə girəcəklər. Əməliyyatın başlanma vaxtı barədə məlumat verilmir.