XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 08:15

ABŞ və Meksika prezidentlərinin görüşəcəyitarix bəlli olub

trump 1

ABŞ prezidenti Donald Tramp meksikalı həmkarı Enrike Penya Nyeto ilə yanvarın 31-də görüşəcək. Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.  

Onun sözlərinə görə, meksikalı prezidentin Vaşinqtona səfəri zamanı “ticarət, immiqrasiya və təhlükəsizlik” məsələləri müzakirə olunacaq.   

Qeyd edək ki, Tramp seçkiqabağı kampaniya dövründə qanunsuz miqrantlardan qorunmaq üçün Meksika ilə sərhəd boyu divar ucaldacağını, ABŞ-ın Şimali Amerika azad ticarət zonası haqqında sazişdən (NAFTA) çıxacağını vəd edib.  ABŞ-ın  NAFTA-dan çıxacağı təqdirdə Meksika ixrac rüsumlarının artması səbəbindən milyardlarla dollar ziyan çəkəcək.   (APA)