XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2017 - 08:19

Pakistanda bazarda partlayış nəticəsindəölənlərin sayı 25-ə çatıb

pakistan t

Pakistanın şimal-qərbindəki Kürrəm əyalətində tərəvəz bazarında tprədilən  partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 90 nəfər isə xəsarət alıb.  

İnsident ötən gün Paraçinar şəhərində baş verib.

Məlumata görə, tərəvəz konteynerində gizlədilən partlayıcı qurğu bazarda insanların gur olan vaxtında işə salınıb.   

İki radikal qruplaşma – “Laşkari Canqvi” və “Təhriki Taliban Pakistan” partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.     (APA)