XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2017 - 08:21

Suriya müxalifətinin nümayəndələriAstanaya gedib

Astana

Suriya müxalifətinin nümayəndələri danışıqlarda iştirak etmək üçün Astanaya gedib. Bu barədə “RİA Novosti”yə Qazaxıstan XİN-nin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib. Onun sözlərinə görə, yaxın zamanda Suriya hökumətinin nümayəndə heyətinin  Astanaya səfəri gözlənilir.  

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq. 

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.    (APA)