XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 08:45

Milli Məclisin deputatları İƏT Parlament İttifaqı Konfransının 12-ci sessiyasındaiştirak edəcəklər

Sessiya

Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqı Konfransının 12-ci sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin ərazisinin Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımının tanınması, Fələstin problemi, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə, müasir texnologiyaların sülhməramlı məqsədlərlə istifadəsi, müsəlman ölkələri arasında viza prosedurunun sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Tədbirdə İƏT Parlament İttifaqı baş katibinin məruzəsi dinləniləcək, qurumun ümumi komitəsinin 19-cu sessiyasının hesabatı, ixtisaslaşmış daimi komitələrin qətnamə layihələri təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində, habelə müsəlman qadın parlamentarların beşinci konfransının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Toplantının sonunda Bağdad Bəyannaməsi və İƏT Parlament İttifaqı Konfransının 12-ci sessiyasının yekun kommunikesi qəbul ediləcək.  (Azərtac)