Hindistanda qatarın relsdən çıxması nəticəsində azı 23 nəfər həlak olub, yüzə qədər insan zərər çəkib.
Hadisə Orissa və Andhra-Pradeş ştatlarının sərhədində baş verib. Qatarın səkkiz vaqonu və lokomotivi relsdən çıxaraq aşıb.
Yaralılar qəza yerinin yaxınlığındakı xəstəxanalara yerləşdirilib. Dəmir yolunun bu xəttində qatarların hərəkəti dayandırılıb. (Azərtac)