XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 11:02

İƏTPİ Konfransının sessiyasında Dağlıq Qarabağ münaqişəsi barədəmüzakirə aparılacaq

İƏT

Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ)  Konfransının 12-ci sessiyası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.

Toplantıda Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı, Xocalı faciəsi qurbanlarının anılması və soyqırımın tanınması, Fələstin problemi, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə, müasir texnologiyaların sülhməramlı məqsədlərlə istifadəsi, müsəlman ölkələri arasında viza prosedurunun sadələşdirilməsi və digər məsələlərlə bağlı  müzakirələr aparılacaq.  Yığıncaqda İƏTPİ-nin baş katibinin məruzəsi dinləniləcək, qurumun Ümumi Komitəsinin 19-cu sessiyasının hesabatı, daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində Müsəlman Qadın Parlamentarların Beşinci Konfransı və digər tədbirlər də keçiriləcək. Toplantının sonunda Bağdad Bəyannaməsi və İƏTPİ Konfransının 12-ci sessiyasının Yekun Kommunikesi qəbul ediləcək.

Səfər yanvarın 29-da başa çatacaq.  (APA)