XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2017 - 12:42

Sabah hava necə olacaq? –Həftənin ilk iş gününə olan hava proqnozu

hava2

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi  gündüz mülayim cənub-qərb küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz  6-8° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunu,  nisbi rütubət  gecə 80-90%, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 23-də hava  şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.