XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 15:50

İraq xarici işlər naziri:"Mosul bir ay ərzində azad ediləcək"

mosul-universiteti

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı bir ay ərzində başa çatacaq.

Bunu Beyrutda Livan prezidenti Mişel Aun ilə görüşdən sonra İraq xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib.

İraq xarici işlər naziri İraqın İŞİD terrorçularından tam azad ediləcəyi günün yaxınlaşdığını vurğulayıb.

Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənib.   (APA)