XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2017 - 15:56

Hindistandan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib –Səbəb

Heydərabad təyyarə

Heydərabaddan (Hindistan) Moskvaya uçan “Boeing” təyyarəsi ön dayaq şassisində problem yarandığına görə Azərbaycanın paytaxtında təcili eniş etməli olub.

Fövqəladə hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb və hazırda texnikalar ona baxış keçirirlər.

Baş verən hadisə ilə bağlı digər informasiyalar dəqiqləşdirilir.  (Virtualaz)