XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 18:22

Neft hasilatının azaldılmasına nəzarət edəcəkkomissiya yaradılıb

neft

OPEK və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatına nəzarət üzrə Komitəsi neft hasilatının azaldılması üzrə Texniki nəzarət komissiyasının tərkibini təsdiq edib.

Bunu bu gün Küveyt neft naziri Assam ər-Marzuk keçirdiyi mətbuat konfransında bildirib.

A. əl-Marzuk deyib ki, komissiyaya 5 ölkə daxil edilib. OPEK və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatı üzrə Komitəsi növbəti iclası martın ikinci yarısında Küveytdə keçiriləcək: “Komitənin iclası fevralda neft hasilatı üzrə məlumatlar təqdim edildikdən, yəni martın 17-dən sonra keçiriləcək”.

Qeyd edək ki, Komitənin bu gün keçirilən iclasından sonra yayılan bəyanatda bildirilir ki, OPEK Katibliyi üzv ölkələrin hasilatı barədə məlumatı növbəti ayın 17-dək təqdim edəcək, daha sonra isə xüsusi komitə bu hesabatı müzakirə edəcək.   (APA)