XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2017 - 21:35

ABŞ-da güclü qasırğa –15 nəfər ölüb, xeyli yaralı var

kulek-hava

ABŞ-da yanvarın 21-dən tüğyan edən qasırğa nəticəsində ölənlərin ümumi sayı 15 nəfərə çatıb.

Bu barədə “The Weather Channel” məlumat verib.

Corciya ştatında isə qasırğa qurbanlarının sayı 11 nəfərə çatıb, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Təbii fəlakət ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edilib. Missisipi ştatının qubernatoru Fil Brayant qasırğa nəticəsində 50 nəfərin xəsarət aldığını bildirib.

Məlumata görə, təbii fəlakət həmçinin Luiziana, Alabama və Texas ştatlarında fəsadlar törədib.