XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 21:51

Avropada mədəniyyət abidələrinin oğurluğu ilə bağlı əməliyyat keçirilib: 70-dən çox saxlanılan var –FOTO

f 44

 Avropanın ayrı-ayrı ölkələrində incəsənət əsərlərinin və mədəni-tarixi abidələrin oğurluğuna, habelə satışına qarşı mübarizə məqsədilə irimiqyaslı əməliyyat keçirilib.

Bu barədə İspaniyanın Mülki Qvardiyası bildirib.

Məlumata görə, əməliyyat zamanı 75 nəfər saxlanılıb. Onlardan 3,5 mindən çox mədəniyyət abidəsi götürülüb.

Xəbərdə qeyd edilir ki, "Pandora" əməliyyatında Avropanın 18 ölkəsi, həmçinin Avropol, İnterpol, YUNESKO, Ümumdünya Gömrük Təşkilatı iştirak edib. İspaniyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, tapılmış 3561 mədəni abidəsiinin yarısı arxeoloji tapıntılardır.

Saxlanılanların hansı ölkələrin vətəndaşı olmaları barədə məlumat verilmir.   (Report)