XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 22:59

Suriyanın İdlib şəhəri bombardman edilib:6 ölü, 8 yaralı

Suriya --

Suriyanın şimal-şərqindəki İdlib şəhərinin kəndlərindən birinə edilən hava hücumu zamanı 6 uşaq həlak olub.

Bu barədə "Anadolu" agentliyi xəbər verib. 

Məlumata görə, hava zərbələri zamanı 8 mülki şəxs yaralanıb.

Şəhərin mülki müdafiə səlahiyyətlilərindən olan Leys əl Faris bildirib ki, hərbi təyyarə İdlibin şimalını bombardman edib. Təyyarənin hansı silahlı birləşməyə və ya orduya aid olduğu məlum deyil.

Bombardman zamanı xəsarət almış yaralılar xəstəxanaya yerləşdirilib.

Leys əl Faris bununla yanaşı, ABŞ-ın rəhbərrlik etdiyi hərbi koalisiyaya məxsus olduğu ehtimal edilən hərbi təyyarənin də İdlibdəki hərbi obyektlərdən birini bombardman etdiyini deyib.  (Report)