XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2015 - 06:55

Mixail Saakaşvili qayıtmaq istəyir

O yaratdığı “Vahid milli hərəkat” partiyası ilə əlaqəni kəsməyib

Gürcüstanın keçmiş prezidenti Saakaşvili ölkəyə qayıtmaq istərdi, lakin hesab edir ki, hələlik bunu etmək olmaz, çünki belə bir addım siyasi durumu ağırlaşdırar.

“Вестник Кавказа” portalı yazır ki, eks-prezident qayıdışın geopolitik durumdan, gürcü xalqının və onun istəyindən asılı olduğunu bildirib: “Əlbəttə, qayıtmaq istəyirəm, lakin ölkəmə, az da olsa, ziyan vurmaq istəmirəm. Məsələn, istəmirəm ki, mənim qayıdışım zorakılıq doğursun“.

O qeyd edib ki, yaratdığı “Vahid milli hərəkat” partiyası ilə əlaqəni kəsməyib: “öz qərarlarımı heç kimə diqtə etmirəm, çünki yerlərdə durumu daha yaxşı görən və məndən çox basqı hiss edən insanlar var”.