XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 13:39

Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasında qəza baş verib

metsamor

Ermənistanda “Metsamor” Atom Elektrik Stansiyasında (AES) qəza baş verib, və nəticədə birinci blokunun elektriklə təhcizatı dayanıb.

Buna görə müdafiə sistemi işə düşüb, blokun transformatoru avtomatik sönüb. Qəzaya səbəb yüksək gərginlikli elektrik xəttinin avtomatik kəsilməsi olub. Baş nazirə yaranmış vəziyyət barədə təcili məlumat verilib. Məlumata görə elektrikin kəsilməsinə səbəb, yüksək gərginlikli xəttinin uzun sürən şaxtalara görə buz bağlaması olub. Qəza ötən şənbə günü baş verib.

Hökumətlərarası razılaşmaya əsasən, yaranmış elektrik qıtlığını Gürcüstan tərəfi aradan qaldırıb.

Bir qədər sonra, axşam saatlarında yüksək gərginlikli elektrik xəttində baş verən qəza aradan qaldırılıb və hazırda Atom Elektrik Stansiyası adi rejimdə işləyir.

Bu stansiya Ararat vadisində paytaxt Yeravanın 28 kilometrliyində yerləşir.

Stansiyanın 2 enerji bloku var. Birinci blok 1976-cı il dekabrın 22-də,ikinci blok isə 1980-ci il yanvarın 5-də istismara verilib.

Hazırda ikinci blok istismar olunur ki, bu daxili təlabatın 40 faizini təmin edir.