XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 13:46

FHN əməkdaşları İran səfirliyinə yürüş etdi

FHN iran

Bu gün Bakıda Tehranda baş vermiş güclü yanğınla əlaqədar İran səfirliyinə yürüş keçirilib.

 Yürüşdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Etibar Nəsirov, qurumun əməkdaşları, habelə Azərbaycanda yaşayan İran vətəndaşları iştirakı ediblər.

Yürüş iştirakçıları Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qarşısında toplaşıblar və səfirliyə gediblər. E. Nəsirov Tehranda baş vermiş hadisə ilə bağlı başsağlığı verib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib ki,  Azərbaycan Tehranda binada baş verən yanğınla əlaqədar İrana kömək təklif edib.

 O bildirib ki, Azərbaycanın bu təklifini İrana çatdırıb: "Mən bu təklifi İran tərəfinə çatdırdım. Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm ki, həm keçmiş prezident Rəfsəncaninin ölümü ilə bağlı səfirliyə gələrək başsağlığı verib, həm də Tehrandakı hadisə ilə əlaqədar başsağlığı verərək kömək təklif edib. Biz Azərbaycanın bundan sonra da daha çox inkişaf etməsini istəyirik. İranla Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək".

Qeyd edək ki, ötən həftə Tehranda "Plasko" ticarət mərkəzinin binası yanğından sonra çöküb. Nəticədə onlarla adam ölüb. Həlak olanlardan 16-sı yanğınsöndürəndir, digərləri yerli sakinlərdir.