XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 18:29

Düz bağırsağından 200 qram narkotik çıxdı –Biləsuvarda gömrük yoxlaması

narko

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı, həmin şəxsin daxili orqanından (düz bağırsağından) 19 bükümdə, ümumi xalis çəkisi 86,165 qram olan narkotik vasitə – heroin, 20 bükümdə, ümumi xalis çəkisi 97,795 qram olan narkotik vasitə – tiryək, 1 bükümdə isə xalis çəkisi 1,740 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.