XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 19:30

Gömrük Komitəsində iclas –Generalları hesabat verdi, plan təsdiqləndi (FOTOLAR)

aydin-gomruk-kollegiya

Bu gün Dövlət Gömrük Komitəsində 2016-cı ilin yekunları ilə bağlı Kollegiya iclası keçirilib.

Strateq.az komitəyə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsində keçirilən Kollegiya iclasında giriş sözü ilə çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev açıb.

Mərasimdə hesabat məruzəsi ilə çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev məlumat verib ki, 2016-cı il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub:

"İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 810 milyon manat proqnoza qarşı, faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 126,61 faiz yerinə yetirilib.

2016-cı il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9016 hüquqpozma faktı aşkar edilib və bu faktlardan 439-u cinayət xarakterli faktlar olub.

Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsilə əlaqədar -130 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 136 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb".

Sonra Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov və digərləri çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.

Daha sonra DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2017-ci il üçün iş planı, həmçinin Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə inkişafına dair fəaliyyət planı barədə məlumat verib və hər iki sənəd təsdiq olunub.

Tədbirə yekun vuran DGK sədri Aydın Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və onun çoxsaylı kollektivi bundan sonra da müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması işində yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.