XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 20:16

Staffan de Mistura:“Astanada qazanılan uğur Suriyanın uğuru olacaq”

Stefan

Astanada qazanılan uğur Suriyanın uğuru olacaq.

Bu sözləri BMT Baş Katibinin  Suriya münaqişəsi üzrə xüsusi elçisi Stefan de Mistura  Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya münaqişəsinə dair beynəlxalq görüş zamanı  deyib.

“BMT Baş katibi Antonio  Quterreşin mənə verdiyi göstərişlər belədir: suriyalılara və sülhə zəmanət  verən tərəflərə burada yardımçı olmaq. Çünki Astanada qazanılan uğur Suriyanın uğuru deməkdir. Belə olduğu təqdirdə Cenevrədə effektiv Suriya daxili danışıqların yenidən başlamasına daha yaxşı  imkan yaranacaq”.

Qeyd edək ki, Astanada keçirilən danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.  (APA)