“Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib.
Bu barədə jurnalistlərə B. Ekklstoun özü bildirib.
“Bu gündən mən “Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm”, – deyə, B.Ekklstoun qeyd edib.
Qeyd edək ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi.
APA