ABŞ və Rusiya prezidentləri arasında telefon danışığına dair razılıq əldə olunmayıb.
Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
“Bildiyimə görə, Donald Tramp və Vladimir Putin arasında telefon danışığına dair razılıq hələ ki, əldə olunmayıb”, – deyə Ş.Spayser bildirib.
Onun sözlərinə görə, Tramp kəşfiyyat rəsmiləri ilə kiberhücumları da müzakirə etməyib.
Xatırladaq ki, ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva bu ittihamları rədd edir.
APA