XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2017 - 11:29

Vitse-prezident:"Belə olmasaydı, klub nümayəndələrini Bakıya göndərməzdik"

ademoglu-bursa

Türkiyənin “Bursaspor” klubunun vitse-prezidenti Ali Adəmoğlu Azərbaycanın furbol üzrə milli komandasının baş məşqçsi ilə aparılan danışıqlar barədə apasport.az saytına müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlarınız nə yerdədi?

– Nümayəndələrimiz hazırda Bakıdadı. Onlarla müntəzəm danışırıq. Hazırkı vəziyyətə görə, danışıqlar müsbət məcrada davam edir. Hər halda, Bakıda olan rəsmilərimiz belə deyirlər.

– Xorvatiyalı mütəxəssislə bu gün də görüş planlaşdırılırmı?

– Bu gün Prosineçkinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti ilə görüşü olacaq. Həmin görüşdən çox şey asılıdı. Amma bildiyimiz odu ki, Prosineçkini “Bursaspor”a gətirmək ehtimalımız az deyil.

– Belə görünür ki, Prosineçkini “Bursaspor”a aparmaqda israrlısınız…

– Əlbəttə. Belə olmasaydı, klub nümayəndələrini Bakıya göndərməzdik. Onun komandamız üçün uyğun məşqçi olduğunu düşünürük.

– Baş məşqçinin AFFA ilə müqavilə müddəti davam edir. Onu burdan aparmaq sizə çətin olmayacaq?

– Bu məsələ danışıqların gedişindən asılıdı. İndiki məqamda onu “Bursaspor”a yaxın görürük. AFFA ilə müqaviləsinin olduğunu bilirik. Bu səbəbdən onlarla da görüşmələri davam etdiririk.

– Prosineçkinin Azərbaycan millisindəki qazancından yəqin ki, məlumatlısınız. Maraqlıdı, siz ona nə vəd etmisiniz?

– Bu barədə indidən nəsə demək doğru olmaz. Çünki hazırda danışıq mərhələsindəyik. Əgər razılıq əldə olunsa, o zaman maliyyə və müqavilə müddətini baş məşqçi ilə müzakirə edəcəyik.

– Onun eyni anda həm Azərbaycan millisində, həm də “Bursaspor”da çalışması variantı mümkündümü?

– Xeyr, bu bizi qane etməz. “Bursaspor” hədəfləri olan komandadı. Bir məşqçinin iki yerdə çalışması effektli alınmaz. Biz istəyirik ki, baş məşqçi bütün diqqətini komandamızın oyunlarına yönəltsin.

– Hazırda Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz da “Bursaspor”da çıxış edir. Rəhbərlik ondan məmnundumu?

– Bəli, məmnunuq. Dəniz bizim aparıcı futbolçularımızdan biridi. O, komandanın əsas heyət üzvüdü və belə olmaqda da davam edəcək.

– Bəs gələcəkdə hansısa azərbaycanlı futbolçunun “Bursaspor”a transferi baş tuta bilərmi?

– Bu, baş məşqçinin qərarından asılı olacaq. Əgər Prosineçkini “Bursaspor”a gətirə bilsək və o, hansısa azərbaycanlı futbolçunun xidmətindən maraqlı olsa, mütləq onu heyətə cəlb edəcəyik.