XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 12:43

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək- Tovuzda

kamaleddin-1

Yanvarın 27-də saat 11.00-da Tovuz şəhərindəki Olimpiya İdman Kompleksinin inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda yalnız Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Vətəndaşların qeydiyyatı yanvarın 26-da saat 9.00-da Olimpiya İdman Kompleksinin binasında (Tovuz şəhəri, Heydər Əliyev prospekti-1) başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]