Kaladze: “Bu, çox böyük və önəmli layihədir”
Gürcüstan baş nazirinin müavini Kaxa Kaladze bildirib ki, Bakı və Tiflis Bakı-Tiflis-Qars dəmiryolunun onlara aid hissəsində tələb olunan işləri başa çatdırb.
Gürcüstan KİV-i yazır ki, Kaladze deyib: “Azərbaycanla Gürcüstan öz öhdəliyini yerinə yetirib. Aldığım məlumata əsasən, Türkiyə ərazisindəki tunelin inşası da başa çatıb”.
Kaladze əlavə edib ki, işlər iki aydan sonra tamamlanacaq: “Bu, çox böyük və önəmli layihədir. Dəmiryol magistralı cari ilin sonunda istismara veriləcək”.