XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2017 - 18:22

Pambıqçılığın inkişafı ilə bağlı respublika müşavirəsi keçiriləcək –Sabirabadda

pambiqi

Pambıqçılığın inkişafının aktuallığını nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə yanvarın 26-da Sabirabad rayonunda "Pambıq əkiləcək sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri" mövzusunda respublika müşavirəsinin keçirilməsi nəzərdə tutulur.

Strateq.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə nazirliyin bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, "Aqrolizinq" ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, bir sıra rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakları planlaşdırılır.

Tədbirdə iştirakla bağlı pambıqçı fermer və sahibkarlar nazirliyin bitkiçilik şöbəsinə (012-498-94-41) və ya Sabirabad Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-213-04-72) müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib, kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı 2016-cı ildə mühüm addımlar atılıb. Həyata keçirilən tədbirlər nəticəsində ötən mövsüm 90 min tona yaxın pambıq məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Cari ildə isə respublika üzrə 27 rayonda 120 min hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılır.