“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun Avopa İttifaqının dəstəyi ilə icra etdikləri “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində Şəmkir rayonunda növbəti təlim keçirilib.
Təlim məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə keçirilib.
Təlimdə yerli polis, prokurorluq, məhkəmə, ədliyyə və icra hakimiyyəti orqanları əməkdaşlarının məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxsləri müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi barədə bilikləri inkişaf etdirilib. Onlar məişət zorakılığına, xüsusən də ailə daxilində qadınlara qarşı baş vermiş zorakılıq hallarında qanunvericiliyin nəzərdə tutuduğu hallarda müdaxilə imkanlarını öyrəniblər.
İştirakçılar öz praktikalarında rastlaşdıqları hadisələr, bu məsələlərlə bağlı qanunvericiliyin tətbiqi ilə bağlı öz təcrübələrini bölüşüblər. Təlimçilər iştirakçıların konkret numunələrlə bağlı suallarını cavablandırıblar.
Xüsusilə məişət zorakılığı halları baş verdiyi zaman müraciət edən şəxslərin hüquqları barədə məlumatlandırılması, müxətlif dövlət qurumları təmsilçilərinin əlaqlərindirilmiş fəaliyyət göstərmələri, bu zaman zəruri addımların atılması məsələləri diqqət mərkəzində olub.
Təlimdə iştirak edənlərə test tapşırıqları isə məişət zorakılığı halları baş verərkən qurbanların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, zərərverən şəxsin qanun qarşısnda cavabdeh saxlanılması məsələlərini əhatə edib. Bu mövzularla bağlı praktik məşğələlər biliklərin yoxanılması və qiymətləndirilməsi üçün iştirakçıların marağına səbəb olub.
Daha çox müraciət olunan polis əməkdaşlarının preventiv tədbir kimi maarifləndirmə aparmaları ilə bağlı təcrübələri, bu istiqamətdə həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlim kursu 15 saat təşkil edib və 3 gün müddətində iştirakçılara “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları” mövzularında öz biliklərini artırmaq imkanı əldə ediblər. Bu mövzuları əhatə edən 5 təlim modulu və təlim vəsaiti iştirakçılara paylanıb.
“Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi, maarifləndirmə və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsidir.
Layihə çərçivəsində Goranboyda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda ictimai fəal xanımların iştirakı ilə dəyirmi masa da keçirilib.
Strateq.az