Naxçıvan Muxtar Respublikasında son illərin ən sərt qışı yaşanır. Artıq termometrlər gecə saatlarında 15-20 dərəcə şaxta göstərir. 2 aya yaxındır ki, havanın temperaturu 0 dərəcədən aşağıdır.
Bulaq və dağ çayları, su anbarları və göllər tamamilə buz bağlayıb. Sinoptiklərin məlumatına görə, belə şaxtalı havalar qarşıdakı günlərdə də davam edəcək.
Naxcivantv.az xəbər verir ki, yanvarın 24-dən 25-dək muxtar respublika ərazisində hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək. Naxçıvan şəhərində gecə 10-14, gündüz isə 2-6 dərəcə şaxta olacaq.
Qeyd edək ki, qışa vaxtınada hazırlıq işləri görüldüyündən güclü şaxta olan günlərdə belə, istər istilik, istərsə də nəqliyyat təsərrüfatında heç bir narahatçılıq yaşanmır.