XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2017 - 21:33

Nazir Fikrət Məmmədov şikayətçiləri qəbul edəcək –Tarix açıqlandı

fikret-memmedov-

Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 27-də Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək.

Strateq.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 213) keçiriləcək qəbulda Biləsuvar, Salyan və Cəlilabad rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə şöbəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-12-13, 050-449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.