XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 22:03

Rəsmi Moskva Suriya müxalifətinə yeni konstitusiya layihəsi təqdim etdi –Açıqlama

astana-gorusu2

Moskva Suriya silahlı müxalifətin nümayəndələrinə  yeni konstitusiyanın layihəsini təqdim edib. 

Bu barədə Astanadakı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev bildirib.      

Onun sözlərinə görə, layihə rusiyalı mütəxəssislər tərəfindən hazırlanıb.  

“Xüsusilə qeyd etmək istərdim ki,  biz, konstitusiyanın nəzərdən keçirilməsi və qəbul edilməsi prosesinə heç bir müdaxilə etmədən, bu prosesi tezləşdirilmək və ona əlavə stimullaşdırıcı təkan vermək istəyirik.  Biz bunu yalnız bu səbəbdən etdik”, – deyə Lavrentyev qeyd edib.  

Qeyd edək ki, Rusiya, İran və Türkiyə Astanada keçirilmiş iki gülük danışıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər. Tərəflər bəyanatda atəşkəs rejiminə nəzarət mexanizminin yaradıldığını elan ediblər. Mexanizmin detalları Tehran, Moskva və Ankara arasında hərbi kanalların vasitəsilə  işləniləcək.  

APA