XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 00:15

“Kürdlər Suriya tarixində önəmli rol oynayır” –Suriyanın BMT-dəki daimi nümayəndəsi

beser-ceferi-suriya

"Kürdlər Suriya tarixində önəmli rol oynayır".

Bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Astana görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bizim üçün ərəb, süryani, kürd və yaxud başqa xalq olsun, fərq etməz. Onların hamısı suriyalıdır. Cəmiyyətimizin fərqli kəsimləri arasında sərhəd və ayrıseçkilik yoxdur. Suriyalı kürd qardaşlarımızla qürur duyuruq. Kürdlər sadəcə İŞİD-ə qarşı deyil, ölkəmizin tarixində də önəmli rol oynayıblar. Min ildir ki, birgə yaşayırıq”, – Cəfəri bildirib.

Axar.az