XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 01:50

İsrail hökuməti Fələstin ərazilərində yeni yaşayışməskənləri salacağını təsdiqləyib

Israel

İsrail hökuməti İordan çayının qərb sahilindəki yəhudi məskənlərinə 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.   

Bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.   

Baş nazir Binyamin Netanyahu da, öz növbəsində, İsrailin məskunlaşma siyasətini davam etdirəcəyini bəyan edib.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.  

Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb.    (APA)