XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 09:30

Con Makkeyn:"Mənim fikrimcə, bu ABŞ üçün yaxşı deyil”

Makkeyn 2

Prezident Donald Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı sazişindən çıxmasına dair qərarı Aamerikanın maraqlarına cavab vermir və Çinin iqtisadi gücünün daha da artmasına gətirib çıxaracaq.  

Bunu respublikaçı-senator Con Makkeyn bildirib.  

Qeyd edək ki, D.Tramp müvafiq fərmanı yanvarın 23-də imzalayıb.

“Mən Asiya ölkələrinin liderləri ilə danışmışam, onların hamısı hesab edir ki, bu qərar Çin üçün yolları açacaq. Mənim fikrimcə, bu ABŞ üçün yaxşı deyil”, – deyə Makkeyn qeyd edib.  

Onun sözlərinə görə, ABŞ bu qərarla geriyə addım atmış olub, çünki, dünya iqtisadiyyatının 60 faizi məhz  Asiya-Sakit Okean bölgəsində cəmləşib.

“ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarı məhvedicidir, bu Çinin iqtisadi üstünlük əldə etməsinə gətirib çıxaracaq”, – deyə Makkeyn qeyd edib.   (APA)