Sabah Ukraynanın sosial müdafiə naziri Andrey Revanın Azərbaycana səfəri başlayır.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
O bildirib ki, səfər zamanı iki ölkənin sosial müdafiə nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanacaq: “Biz prezident Pyotr Poroşenkonun ötən ilin iyun ayında Azərbaycana səfəri zamanı əldə olunmuş razılıqlar üzərində işləyirik". (APA)