XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 12:49

Meşə və qeyri-meşə sahələrininicarə müddəti artırılacaq

Azərbaycanda meşə və qeyri-meşə sahələrinin bərpa məqsədi ilə icarəyə verilməsi müddətinin uzadılması təklif olunur.

Trend-in məlumatına görə bu, Milli Məclisin aqrar siyasət komitəsinin iclasında müzakirə olunan Meşə Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, bu əraziləri 1 ildən 49 ilədək icarəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, meşə və qeyri-meşə sahələri 1 ildən 10 ilədək sahibkarlara icarəyə verilə bilər.