XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 13:24

“Windows 10” üçün yeni “Təhlükəsizliyin təminatı mərkəzi”hazırlanıb

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows Defender Security Center” (“Təhlükəsizliyin təminatı mərkəzi”) interfeysini nümayiş etdirib. Yeni komponent fərdi kompüterlərin mühafizə variantlarına baxmağa və idarə etməyə imkan verir.

Azərtac “DailyComm” resursuna istinadən xəbər verir ki, interfeysdə “Virus və təhlükələrdən mühafizə”, “Qurğunun məhsuldarlığı və iş qabiliyyəti”, “Şəbəkə brandmaueri (şəbəkələrarası ekran) və mühafizəsi”, “Əlavələr və brauzerin idarə edilməsi”, “Ailəvi funksiyalar” bölmələri yer alıb.

Bundan başqa, “Təhlükəsizliyin təminatı mərkəzi”ndə son “Windows” yenilənmələrinə, proqram təminatına, noutbukun və məlumat saxlancının avtonom iş vaxtına, şəbəkə qoşulmaları haqqında informasiyaya və şəbəkələrarası ekran funksiyalarına baxmaq, brauzer və digər proqramlarda funksiyaları dəyişmək, eləcə də valideyn nəzarəti funksiyasını quraşdırmaq və proqram alışlarını idarə etmək olar.

"Windows Defender Security Center" interfeysinin "Windows 10" sistemində bu ilin aprelində işıq üzü görəcək "Creators Update" yenilənməsi ilə birlikdə quraşdırılacağı gözlənilir.