XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 13:59

Bakıda yağmursuz hava olacaq, bölgələrə qar yağacaq –Sabahın hava proqnozu

hava

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir.Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.