XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2015 - 09:04

Bakıda qızıl satıcıları etiraza qalxdı – (Fotolar)

Azərbaycanda dolların məzənnəsinin qalxması qızıl alqı-satqısı ilə məşğul olanların işində də problem yaradıb.

Faktxəbər-in məlumatına görə, alqı-satqıda əziyyət çəkən ticarətçilərdən bir qismi də Azərbaycanın ən çox qızıl satışı ilə məşğul olan “Moskva” Univermağında fəaliyyət göstərir.

Məlumata görə, univermaqda yerləşən bütün ticarət obyektlərində satış dayanıb. Satışları dayanan ticarətçilər bu gün hətta etiraz məqsədi ilə dükanlarını açmayıblar.

Univermağın “Gold Centre” kimi tanınan hissəsinin işçiləri bildirirlər ki, satışlarının azalmasını nəzərə alaraq rəhbərliyin icarə pulunu bir qədər azaldacağını gözləyirlərmiş, amma əksinə, müxtəlif adlarla əlavə 100 AZN də yığılır. Məhz buna görə də satıcılar etiraz məqsədi ilə univermağın qarşısına toplaşıblar. Onlar univermaq rəhbərliyindən icarə pulunun azaldılmasını və 100 manatların yığılmamasını istəyirlər.

Onların bu tələbi qarşısında hərəkətə keçən rəhbərlik, yerpulunun qalması şərti ilə 100 manatların yığılmayacağını deyib.