XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 18:08

Türkiyənin energetika naziriAzərbaycana gələcək

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

B.Albayrakın fevralın 23-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcəyi gözlənilir.

Səfirin sözlərinə görə, fevralda Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin də səfəri planlaşdırılır. Eləcə də 2017-ci ildə azərbaycanlı nazirlərin Türkiyəyə səfəri gözlənilir.

E.Özoral bildirib ki, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasına hazırlıq gedir.