XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 19:05

Böyük Vətən müharibəsi iştirakçıları üçün güzəşt və təminatlar qarşılıqlı tanınacaq- FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazilərində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması haqqında 1994-cü il 15 aprel tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə Protokolun təsdiqi haqqında fərman imzalayıb.

Protokol 2015-ci il oktyabrın 30-da Düşənbə şəhərində imzalanıb.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.