XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 10:34

Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlıcinayət işi açılıb

dayanet-psixoloq

 

Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işinin icraatına başlanıb.

Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov, 185 ünvanında) yerləşən evində aşkarlanıb. D.Rzayev özünü kəmərlə boğaraq intihar edib.   

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun özünün şəxsi qərarı olduğunu qeyd edib.