XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 17:17

“Yanan bina” ilə bağlı ittiham olunanlar son sözlərini dedilər –Sabah hökm oxunacaq

bina yanan

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Uğur Bəşirov son söz deyib. Heç bir günahı olmadığını deyən U. Bəşirov deyib ki, ittihamlar ona aydın deyil və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra hakimlər müşavirəyə gedib. Məhkəmə prosesi yanvarın 27-də davam edəcək. Həmin gün hökm elan ediləcək.

Qeyd edək ki, prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib. (APA)