XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 18:41

Xəzərin statusu ilə bağlı prinsipial məsələlər üzrə müddəalar razılaşdırılıb –Xələf Xələfov

xelef

“Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclasının nəticəsini qənaətbəxş hesab edirik. İclasda bir çox açıq qalan və prinsipial məsələlər üzrə müddəalar və maddələr razılaşdırıldı.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfovun sözlərinə görə, iclasda işçi qrupun və Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşlərinin Aşqabadda keçirilməsi qərara alındı. Görüşün dəqiq tarixi barədə hələ ki, məsləhətləşmələr aparılır.

Xarici işlər nazirinin müavini ümidvar olduğunu bildirib ki, nazirlərin toplantısında qənaətbəxş nəticə əldə olunacaq. Bundan sonra isə Astanada Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur.