XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 22:18

Tramp mesaj verdi, prezident səfərdən imtina etdi –Divar qalmaqalı

meksika-prezident

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.

Bu barədə Enrike Penya Nyeto “Twitter” səhifəsində bildirib.

Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu bildirib: “Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”.

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.

“Mexiko divarın tikintisini maliyyələşdirməyəcəksə, yaxşısı budur, Nyeto səfərini ləğv etsin”, -deyə Tramp daha sonra bildirib.

APA