XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2017 - 02:24

Rusiya və Türkiyə birgə əməliyyat keçirib –İŞİD-ə qarşı

Türkiyə Rusiya

Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Hələb əyalətində İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər. Əməliyyat Əl-Bab yaşayış məntəqəsinin yaxınlığında keçirilib. Nəticədə üç komanda məntəqəsi və rabitə qovşağı, habelə terrorçuların bir neçə dayaq  məntəqəsi məhv edilib.   

Məlumata görə, birgə əməliyyat Suriya tərəfi ilə razılaşdırılıb.  

Əməliyyata Rusiya tərəfindən SU-24M bombardmançı və SU-35C qırıcı təyyarələri, Türkiyə tərəfindən isə F-16 və F-4 çoxfunksiyalı qırıcıları təyyarələri cəlb olunub.   (APA)