XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 10:48

Gömrük Komitəsinin sədri:"Peşəkar kadrların hazırlanması ən vacib məsələdir"

Aydın Əliyev

Bakıda "İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi praktiki konfrans keçirilir. 

Strateq.az SalamNews-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açmış Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Azərbaycanda üç gündən sonra müstəqil Azərbaycanın gömrük xidmətinin 24 illiyi qeyd ediləcək.

O, qeyd edib ki, Heydər Əliyev 1993-cü ildən hakimiyyətə gələndən sonra Azərbaycanın gömrük sistemində xüsusi diqqət kadrların hazırlanması işinə yönəlib.

Aydın Əliyevin sözlərinə görə, gömrük orqanlarının fəaliyyəti üçün prioritetlər müəyyənləşdirilib. Bunlardan ilk sırada kadr potensialının artırılmasıdır: "Peşəkar kadrların hazırlanması və kadrların səviyyəsinin artırılması bizim üçün ən vacib məsələdir".

O, Gömrük Komitəsinin Akademiyasının fəaliyyət göstərdiyini bildirib və əlavə edib ki, bu müəssisə kadrların peşəkar səviyyəsinin artırılmasında mühüm rola malikdir.

Aydın Əliyev tədbirdə Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyaya döş nişanı təqdim edib.