Samirə İsmayılova Gürcüstan azərbaycanlılarının “Mişa yolu” hərəkatının yaradıcısıdır
Dünən Tiflisdə Gürcüstan Azərbaycanlı Tələbələri Assosiasiyasının (GATA) sədri Samirə İsmayılova həbs edlib.
Müxalifət “Vahid milli hərəkat”ın liderlərindən biri Ramin Bayramov Gürcüstan KİV-nə bildirib ki, Samirə İsmayılova və onun komandasını Tiflisin hüuq-mühafizə orqanları divarlardakı “Mişanın yolu” yazısına görə saxlayıb.
Samirə İsmayılova Gürcüstan azərbaycanlılarının “Mişa yolu” hərəkatının əsasını qoyub. Onun əri Elxan Nəbiyev, təşkilatın rəhbəri Aslan Məmmədov tutulanlar arasındadır.
Məlumata görə, saxlananlar 2 saatdan sonra buraxılıb.