XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 17:07

Almaniyanın yeni xarici işlər naziri bəlli oldu –Sabiq nazir prezidentliyə namizəd olacaq

ziqmar-almaniya

Almaniya prezidenti Yoahim Qauk yanvarın 27-də Frank-Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edib.

Novator.az-ın məlumatına görə, Yoahim Qauk sərəncamı kansler Angela Merkelin təqdimatı əsasında imzalayıb.

Xarici işlər nazir kürsüsünə Sosial Demokrat Partiyasının sədri Ziqmar Qabriel gətirilib.

Ştaynmayer bu həftə istefa verib. O, prezidentliyə namizəd olacaq.

1959-cu ildə anadan olan Ziqmar Qabriel 2009-cu ildən Sosial Demokrat Partiyasının sədridir. 2005-2009-cu illərdə ətraf mühiti, təbiəti mühafizə və nüvə təhlükəsizliyi naziri olub. 2013-cü ildən iqtisadiyyat və energetika naziri, eyni zamanda kanslerin müavini idi.