Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın başlayıb.
Hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. (APA)