XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

27 Yanvar 2017 - 18:05

Aİ ilə Azərbaycan arasında iclas olub –Energetika, nəqliyyat və ətraf mühitə dair

ittifaq

"Dünən və bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıqla bağlı energetika, nəqliyyat və ətraf mühitə dair alt komitənin iclası keçirilib".

Bu sözləri Avropa Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel deyib.

O bildirib ki, bu görüş alt komitənin son 3 ildə keçirilən ilk iclasının olduğunu bildirib:

"Danışdıq ki, bu görüşləri mütəmadi şəkildə, hər il keçirilsin. Görüş çox məhsuldar oldu intensiv dialoq aparıldı. Biz Azərbaycan tərəfdən tək energetika sahəsinə deyil, alternativ enerji resurslarına marağın olmasından çox məmnun olduq. Görüşlərdə ətraf mühit, iqlim dəyişikliyi və nəqliyyat məsələləri də müzakirə olunub. Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolu oynamasına dair də fikir mübadiləsi aparıldı".  (APA)